Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 14:40
Bakı. Trend:
Rusiyanın koronavirusa yoluxan Baş naziri Mixail Mişustin xəstəxanaya yerləşdirildikdən sonra hökumətin ilk iclasını keçirib.
Trend-in məlumatına görə, iclas videokonfrans formatında keçirilib və sosial-iqtisadi məsələlər müzakirə olunub.
Qeyd edək ki, Baş nazir M.Mişustin aprelin 30-da koronavirusa yoluxub. Nazirin xəstəxanada müalicəsi davam edir.
Həmçinin bir neçə gün əvvəl ölkənin mədəniyyət naziri Olqa Lyubimovanın virusa yoluxduğu haqda məlumat verilib.