Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 17:32
Metro stansiyalarında sıxlığın aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.
Onun sözlərinə görə, bununla bağlı stansiyalada sərnişinlərə nəzarət ediləcək: "Əgər sıxlığı aradan qaldırmaq mümkün olmasa, metronun fəaliyyəti yenidən bağlana bilər. Bu, istisna deyil. Amma biz çalışacağıq ki, sıxlığın aradan qaldırılması üçün bütün üsullardan istifadə edək".