Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 18:24
"Strategy Analytics" şirkəti hesablama apararaq bu ilin birinci rübündə dünyada 37,9 milyon noutbukun tədarük edilməsini açıqlayıb. Bu, tədarük həcminin 38,6 milyon ədədə bərabər olduğu 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azdır.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, hazırda sahə çətin günlər yaşayır ki, bu da iqtisadi tənəzzül və yeni virusun yayılması ilə izah edilir. Əksər elektron komponentlərin istehsalı üzrə fəaliyyətin pozulması səbəbindən yeni noutbukların tədarükündə çətinliklər meydana çıxıb. Digər tərəfdən, bütün dünyada insanların distansiyalı işə keçməsi portativ kompüterlərə əlavə tələbat yaradıb.
Cari ilin birinci rübünün yekunları üzrə noutbuklar bazarının lideri 23,5 faiz payla "Lenovo" şirkəti olub. Çin şirkətinin qurğularına tələbat illik hesablamada 1 faiz yüksəlib. İkinci pillədə sahə üzrə 21,3 faizə sahib çıxan "HP Inc." qərarlaşıb: tədarük həcmi il ərzində 1 faiz azalıb. Liderlər üçlüyünü 18,2 faizlə "Dell" tamamlayıb: tədarük illik hesablamada 5 faiz artıb.
Aparıcı tədarükçülər reytinqində dördüncü pillədə yer alan "Apple" şirkəti xüsusilə qeyd edilməlidir. Məsələ ondadır ki, il ərzində "Apple" noutbuklarının tədarük həcmi 16 faiz azalıb. Hazırda "Apple" bazarın 8,0 faizinə nəzarət edir.
Nizam Nuriyev