Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 17:24
Bakı. İlhamə İsabalayeva – Trend:
Rusiyadan yeni gələn həmvətənlərimiz arasında koronavirusa yoluxma faktı aşkarlanıb.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, ötən həftə ərzində Türkiyədən, Rusiyadan xüsusi reyslərlə həmvətənlərimiz ölkəmizə gətirilib. Onlar müvafiq hotellərdə yerləşdirilib və müayinələr aparılıb.
R.Bayramlı qeyd edib ki, Bakıda yoluxma hallarının 19,8 faizi Yasamalın payına düşüb. Paytaxta yoluxmaların böyük əksəiyyəti isə Nəsimi rayonunun payına düşür.
Birlik sədri əlavə edib ki, yoluxanların 22 faizi 50-59, 18 faizi 30-39 yaşlıdır. Vəfat edənlərin 43 faizi 60-69 yaşlı insanlardır. Vəfat edənlər arasında 1 nəfər 40-49 yaş qrupuna aiddir. Həmin şəxsdə uzun müddət davam edən xroniki xəstəlik də olub.