Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə futbolunda daha 9 koronavirusa yoluxma aşkarlanıb

Türkiyə futbolunda daha 9 koronavirusa yoluxma aşkarlanıb

Tarix: 9 May 2020 17:50

Türkiyə futbolunda daha bir neçə koronavirus xəstəliyinə yoluxma halı aşkarlanıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, TFF II Liqa təmsilçisi "Sancaktepe"nin 9 üzvündə infeksiya üzə çıxıb.

İki gün əvvəl keçirilən testin nəticəsi heç də ürəkaçan olmayıb. 2 məşqçi, 4 futbolçu və 3 klub işçisinin testi müsbət nəticə verib. Klub onların səhhətinin normal olduğunu, xəstəxanaya getmələrinə ehtiyac yaranmadığını açıqlayıb. Virusa yoluxanlar evlərində təcrid vəziyyətində müayinə olunacaqlar.

Qeyd edək ki, Türkiyədə bütün liqaların iyunun 12-də bərpa olunması planlaşdırılır.

Milli.Az


Etiketlər:  Türkiyə futbolunda daha koronavirusa yoluxma aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ