Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 18:22
Koronavirus xəstəliyinin birinci mərhələsində yoluxma pərakəndə şəkildə qeydə alınırdı. Amma indi qrup şəklində yoluxmalar müşahidə edirik.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, artıq yoluxma ilə bağlı sporadik hallara rast gəlinir: "Bu da yaxın təmasda olan insanların bir-biriləri ilə sosial məsafə gözləməməsi, qoruyucu maskalardan istifadə etməməsinin nəticəsidir. Buna görə də qrup şəklində yoluxmalar müşahidə edirik".