Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus testini robotlar aparacaq

Koronavirus testini robotlar aparacaq

Tarix: 9 May 2020 21:12

Robotlar gündə 3 min koronavirus testi edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə elm adamları məlumat yayıblar. Bildirilib ki, artıq robot tərəfindən laboratoriyada min ədəd koronavirus testi edilib. Qeyd olunub ki, bu müddət 24 saat olarsa, robot 3 min test edə bilər.

Robotlar həm də xəstələrə dərman vermək və insanlar arasındakı məsafəni qorumaq məqsədilə də istifadə olunacaq. Bəzi robotlar isə xəstələrdən həkimlərə mesaj göndərilməsini təmin edəcək sensor ekrana sahibdir.

Digər növ robotlar küçəyə çıxma qadağasına əməl etməyənlərin kimliyini müəyyənləşdirəcək. Bəzi robotlar insanlara yaxınlaşaraq dezinfeksiyaedici məhlul səpir, bəziləri isə onların hərarətini ölçür.

Milli.Az


Etiketlər:  Koronavirus testini robotlar aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ