Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Feysbuk bu insanlara internet hədiyyə edir

Feysbuk bu insanlara internet hədiyyə edir

Tarix: 9 May 2020 23:12

Feysbuk, Bitel, Claro, Entel və Movistar mobil operatorları ilə birlikdə saytlara pulsuz girişi təmin edən Discover proqramının sınaqlarına başlayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, hazırda bu proqram yalnız Peruda fəaliyyət göstərir, istifadəçilərə saytların mətn məzmununa baxmaq üçün 10 meqabaytlıq trafik ayrılıb.

Buna bənzər proqram tezliklə aztəminatlı əhalisi olan bir sıra başqa ölkələrdə də fəaliyyətə başlayacaq. Vətəndaşlara gündə 20 meqabayt ayrılacağı təxmin edilir.

Məlumat üçün bildirək ki, Feysbuk, internet.org və Express WiFi də daxil olmaqla kasıb ölkələrdə yaşayan insanları pulsuz internetlə təmin etmək üçün daha bir neçə layihə hazırlayır. Şirkət bu şəkildə üç milyarddan çox istifadəçisi olan auditoriyasını genişləndirməyə çalışır.


Etiketlər:  Feysbuk insanlara internet hədiyyə edir


RƏYLƏR