Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 11:18
Liqa 1-in rəsmi saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba 1-ci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib.
Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.
Qeyd edək ki, Droqba Fransada "Le-Mans", "Guingamp" və "Marseille"də oynayıb.