Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 13:06
UEFA Çempionlar Liqasında "Yuventus"la "Lion"u arasında keçiriləcək 1/8 final mərhələsinin cavab görüşünün vaxtı müəyyənləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "Lion"un prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.
Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, "Lion" və PSJ Çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.
Qeyd edək ki, PSJ artıq 1/4 finala yüksəlib. "Lion" isə ilk görüşdə "Yuventus"a qalib gəlib - 1:0. Fransa Liqa 1-i koronavirus pandemiyası üzündən ləğv olunub və PSJ çempion elan olunub.