Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqdəymənin qarşısını alan İNANILMAZ VASİTƏ

Soyuqdəymənin qarşısını alan İNANILMAZ VASİTƏ

Tarix: 10 May 2020 20:45

Diş məcunlarında istifadə olunan mixəyin sağlamlığa faydaları saymaqla bitmir.

Sonxeber.net xəbər verir ki, mixək qrip və soyuqdəymə zamanı faydalıdır. Boğaz ağrılarını aradan qaldırır. Ağız içində yaranan yara və mikrobları öldürmək üçün mixək çayı ilə qarqara edə bilərsiniz.

Mixək yağı xüsusilə səhərlər ürəkbulantısı yaşayanlar üçün faydalıdır. Qusma zamanı mixək yağının ağızdan alınması məsləhət görülür. Həkimlərə görə, qərənfil tozunu xurma və ya bal ilə qarışdırıb yemək daha əlverişlidir. Qərənfildən çay hazırlayıb içmək də faydalıdır.

İçdiyiniz çaya əlavə edəcəyiniz mixək stresslə mübarizədə sizə kömək edəcək.

Mixəyin faydaları bununla bitmir. Mixək saç köklərini qidalandırır və tökülməyə mane olur. Bundan başqa, o saça təbii və sağlam görünüş qazandırır. (publika.az)


Etiketlər:  Soyuqdəymənin qarşısını alan İNANILMAZ VASİTƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ