Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 23:12
Orqanizm üçün xeyirli bitkilərdən biri də üzümdür.
Sonxeber.net xəbər verir ki, üzüm yarpaqlarının dəmləməsi öskürək zamanı yaxşı kömək edir. Bəlğəmi duruldur və nəfəs yollarından çıxmasına kömək edir.
Dəmləməni hazırlamaq üçün 5-7 təzə üzüm yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və 30 dəqiqə ərzində dəmlənilir. Dəmləməni gün ərzində ilıq vəziyyətdə qəbul etmək lazımdır.
Həmçinin bu dəmləmə qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.
Eyni zamanda, üzüm yarpaqları antimikrob təsirinə malikdir. Yarpaqların çeynənməsi ağız boşluğunda mikrobların sayını azaldır, pis qoxunu aradan qaldırır, kariesin və damaq iltihabların riskini azaldır. (publika.az)