Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yanğın, 4 ölü

Türkiyədə yanğın, 4 ölü

Tarix: 6 Iyun 2019 17:32

Bakı. Trend:

Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə yerinə gələn xilasetmə briqadaları 4 nəfərin meyitini çıxarıblar, 5 nəfər xəstəxanaya yerləşdirilib.

Ümumilikdə hadisə baş verən zaman içəridə 30 işçinin olduğu bildirilir. Onlardan bir neçəsi yanan binadan çıxa bilib.

Yanğın 4 mərtəbəli fabrik binasının anbarında başlayıb.

Hadisə yerində partlayış səsləri eşidilib. Alovun ətrafdakı bir neçə fabrik binasına keçməsinin qarşısını almaq üçün əraziyə çoxsayda yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisənin səbəbləri məlum deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə yanğın ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ