Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş ağrısını azaldan 3 SADƏ EV VASİTƏSİ

Baş ağrısını azaldan 3 SADƏ EV VASİTƏSİ

Tarix: 11 May 2020 21:36

Baş ağrısı ən yayılmış sağlamlıq problemlərindən biridir. Başınız ağrıyırsa dərhal dərmana əl atmayın.

Ağrıkəsici dərmanların yanaşı təsirləri çoxdur və onların tez-tez qəbulu sağlamlığa çox ciddi ziyan vura bilər.

İlk növbədə dərmansız vasitələrdən istifadə etməyə çalışın.

1. 1 stəkan su

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, bir çox hallarda baş ağrısının səbəbi susuzlaşma olur. Başınız ağrıyırsa 1 stəkan su için. Bir çox insanlara baş ağrısı zamanı 1 stəkan təzə dəmlənmiş çay da komək edir.

2. Nanə çayı

Nanə çayı da çox yaxşı təbii baş ağrısı dərmanıdır. 1 ç.q. quru nanəni 1 stəkan isti suda 20 dəqiqə ərzində dəmləyin, sonra süzün və için.

3. Soyuq kompres

Soyuq kompreslər baş ağrısı zamanı əla kömək edir. Buz kublarını sellofan paketə tökün və alın nahiyəsinə və boyunun arxasına qoyun. Paketi birbaşa dəriyə deyil, pambıq parçanın və ya nazik dəsmalın üzərinə qoyun. 10-15 dəqiqə belə saxlayın, sonra 5-10 dəqiqə fasilə verin və yenə qoyun.


Etiketlər:  Baş ağrısını azaldan SADƏ VASİTƏSİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ