Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 05:32
Bakı. Trend:
Tehran vətənlərinə qayıtmaq istədiklərini ifadə edən və ABŞ hakimiyyətinin deportasiya etməyə çalışdığı 11 İran vətəndaşı üçün xüsusi təyyarə göndərə bilər.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın daxili təhlükəsizlik nazirinin müavini Ken Kuçinelli öz "Twitter" səhifəsində yazıb.
K.Kuçinelli bildirib: "Bizim ölkədə qeyri-qanuni qalan və sizə qaytarmağa çalışdığımız 11 vətəndaşınız var. İndi isə siz onları geri qaytarmaq istədiyinizi bildirirsiniz. O zaman çarter reys göndərin və biz onların hamısını qaytaraq".
Nazir müavini əlavə edib ki, Vaşinqton bir neçə aydır ki, iranlı professor Sirus Əsgərini göndərməyə çalışır.