Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbib Makqreqora cavab verdi - ''Zərbələrimlə səni əzişdirmişdim''

Həbib Makqreqora cavab verdi - ''Zərbələrimlə səni əzişdirmişdim''

Tarix: 12 May 2020 19:02

Konor Makqreqor Tvitter-dəki paylaşımında Həbib Nurməhəmmədovun ayaq qucaqlamaqla məşğul olduğunu vurğulamışdı.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Həbibin Tvitter vasitəsilə Konora cavabı gecikməyib. Rus idmançı irlandiyalıya aralarındakı döyüşü xatırladıb:

"Ayaq qucaqlamaq? Deyəsən, səni nokdauna saldığımı unutmusan. Bəlkə, sərxoş halda tvit atırsan?

Zərbələrimlə səni əzişdirmişdim. Güləşdə, əlbəyaxada səni tamamilə məhv etdim. Sonda təslim oldun. Son olaraq, öz dediklərini unutma: bu, sadəcə, biznesdi".

Qeyd edək ki, 2018-ci ildə keçirilən döyüşdə Həbib Konoru məğlub etmişdi.

Milli.Az


Etiketlər:  Həbib Makqreqora cavab verdi Zərbələrimlə səni əzişdirmişdim


RƏYLƏR