Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 09:16
Əgər komandaların bərpa olunan qrup məşqlərindən sonra futbolçular arasında koronavirusa yoluxma qeydə alınsa, İtaliya çempionatı erkən başa vurulacaq.
Qol.az xəbər verir ki, bu haqda ölkənin səhiyyə naziri Sandra Zampa məlumat verib.
“Əgər klubda kiminsə verdiyi test müsbət çıxsa, mövsüm erkən dayandırılacaq. İnsan sağlamlığı hər şeydən öndədir. Hazırda A seriyasını bərpa etmək fikrimiz yalnız iqtisadi məsələlərə görədir” – deyə o bildirib.
Daha öncə qeyd edilirdi ki, məşqlərdən sonra hansısa futbolçuda koronavirus aşkarlansa, komandalar 14 günlük özünütəcridə gedəcəklər.