Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 10:42
Bakı. Samir Əli - Trend:
2020-ci ilin aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 474 yeni abonent qeydiyyata alınıb.
Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.
O qeyd edib ki bundan 4 842 abonent Bakı, Abşeron və Sumqayıt, 1 632 abonent isə regionların payına düşür:
"2020-ci ilin 4 ayı ərzində qeydə alınan yeni abonentlərin sayı isə 30 055 təşkil edir. Beləliklə, may ayının 1-nə olan statistikaya görə Azərbaycanda ümumilikdə qazdan istifadə edən əhali qrupu abonent sayı 2 milyon 277 min 298-ə (o cümlədən, 1 milyon 398 min 805 regionlar, 878 493 Bakı şəhəri) bərabərdir.
Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 619 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr qaz limiti ayrılıb".