Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 11:54
BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi və "Regional İnkişaf" İctimai Birliyi (RİİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə koronavirus (COVID-19) pandemiyası ilə bağlı riskli əhali qruplarının maarifləndirilməsi layihəsini həyata keçirir.
Sonxeber.net xəbər verir ki, RİİB-dən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində televiziyalarda tok-şou formatında müzakirələrin aparılması, eləcə də müxtəlif maarifləndirici materialların könüllülərin dəstəyi ilə Bakı şəhəri və regionlarda paylanılması nəzərdə tutulur.
İlk müzakirə mayın 14-də saat 19:30-da İctimai TV-də "Sabaha saxlamayaq" proqramında təşkil olunacaq. Verilişdə "Pandemiya dövründə əhalinin psixoloji durumu" mövzusunda diskussiya aparılacaq.
Layihə çərçivəsində ümumilikdə 3 televiziya verilişində müzakirələr təşkil olunacaq.