Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 13:25
Karantin rejiminə ciddi əməl edirəm. Çox vacib olanda evdən çıxıram.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Yahyayeva İTV-də yayımlanan "Gəl, qonaq ol!" proqramının virtual qonağı olarkən deyib.
O, karantin günlərini necə keçirməsi barədə danışıb:
"Özümə vaxt ayıra bildim, mütaliə etdim. Sevdiyim filmlər var idi, onlara zaman tapıb baxa bilmirdim. İzlədim".
S.Yahyayeva nişanlısı həkim-genetik Zakir Bayramov haqda da sualları cavablandırıb:
"Bir-birimizdən ötrü darıxırıq. Ancaq yaxşı ki, internet dövründə yaşayırıq".