Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 20:10
Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqlərə başlayacağı tarix müəyyənləşib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, azerifootball.com saytı məlumat yayıb.
Saytın əldə etdiyi məlumata görə, klublar bu həftədən məşqlərə başlayacaq. Premyer Liqa təmsilçiləri ayın 15-də tam heyətlə ilk məşqə çıxa biləcək. Artıq bununla bağlı AFFA və PFL klubları təlimatlandırıb.
Premyer Liqanın bərpasına gəlincə, koronavirus pandemiyası ilə bağlı ölkədə vəziyyət pisləşməyəcəyi halda iyunun 5-də çempionat başlayacaq.
Qeyd edək ki, Premyer Liqa koronavirus pandemiyasına görə XX turdan sonra dayanandırılıb. Sonuncu turun oyunları martın 7-8-də keçiriilib.