Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus video oyunlara necə təsir göstərir? Microsoft rəhbərinin şərhi

Koronavirus video oyunlara necə təsir göstərir? Microsoft rəhbərinin şərhi

Tarix: 14 May 2020 08:56

Koronavirus pandemiyası video oyunlara da təsirsiz ötüşməyib. Virusun yaydığı neqativ halla ən çox rastlaşan oyunlar 2021-ci ildə istifadəyə veriləcək video oyunlardır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu Microsoft şirkətinin rəhbəri Fil Spenser koronavirus pandemiyasının video oyunlara təsirindən danışarkən deyib.

O qeyd edib ki, video oyunlar müəyyən mərhələ şəklində hazırlanır: "Lakin pandemiyaya görə dünya ölkələrində qoyulan qadağalar video oyunların hazırlanması üçün lazım olan bəzi mərhələlərin təxirə alınmasına gətirib çıxarıb. Ən çox zərər görən mərhələlər sırasında video oyunlar üçün yazılan musiqi, həmçinin animasiya metodu ilə hərəkətlərin əldə edilməsidir".

F.Spenser onu da bildirib ki, video oyunlar üçün animasiya, tekstura və qrafiklərin standart tətbiqi demək olar ki, dəyişməz qalıb: "Çünki həmin mərhələlər məsafədən icra oluna bilər".

Milli.Az


Etiketlər:  Koronavirus video oyunlara necə təsir göstərir Microsoft rəhbərinin şərhi


RƏYLƏR