Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkəti iPhone istehsalının 5-də 1 hissəsini Hindistana keçirdəcək

Apple şirkəti iPhone istehsalının 5-də 1 hissəsini Hindistana keçirdəcək

Tarix: 14 May 2020 09:00

Apple şirkəti öz məhsullarının istehsalat prosesinin bir hissəsini Çindən Hindistana keçirtməyi planlaşdırır. Məlumata əsasən Hindistanda olan Wistron və Foxconn zavodları növbəti 5 il ərzində ümumi qiyməti 40 milyard dollar olacaq iPhone modellərini istehsal edəcəklər. Bu barədə Macrumors saytı xəbər verib. Məlumata əsasən iPhone modellərinin istehsalatlarınn 1/5 hissəsinin Çindən Hindistana keçirilməsi üçün Apple şirkətinin top-menecerləri artıq bəzi hindistanlı məmurlarla danışıqlar aparıblar. Hindistan hökumətinin təmsilçisinin sözlərinə əsasən Apple şirkətinin bu cür qərarı Hindistanın elektrotexnika istehsalınn stimullaşdırılması sistemi olan PLI ilə əlaqəlidir.

Beləliklə PLI sisteminin üstünlüklərindən istifadə etmək üçün şirkət 2020-2025-ci illər ərzində hər il ümumi dəyəri 10 milyard dollardan az olmayan mobil telefonlar istehsal etməlidir. 2019-cu ildə Apple şirkəti Hindistan bazarı üçün ümumi dəyəri 1.5 milyard dollar olan smartfolar istehsal etmişdi. Lakin bu göstəricinin yalnız 30%-dən az hissəsi Hindistanın istehsalat gücünün payına düşüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2018-2019-cu illərdə Apple şirkəti Çində ümumi dəyəri 220 milyard dollar olan məhsullar istehsal edib.


Etiketlər:  Apple şirkəti iPhone istehsalının hissəsini Hindistana keçirdəcək


RƏYLƏR