Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 11:32
Bakı. Trend:
Avstraliyanın Sidney şəhərində karantin rejimindən sonra kafe və restoranlar fəaliyyətə başlayıb.
Trend-in məlumatına görə, eyni zamanda yalnız 10 müştəri restoranda ola bilər və onlar sosial məsafəni saxlamalıdır.
Bununla əlaqədar olaraq, restoranlardan biri maraqlı üsula əl atıb. Belə ki, orada boş görünməməsi üçün masa arxalarına real ölçüdə karton insan fiqurları yerləşdirilib.
Bundan başqa, müştərilərin bir-biri ilə söhbət etdiyi təsiri yaradan səs effekti də qonaqları müşayiət edir.