Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nokia” şirkəti yeni düyməli telefonlarını təqdim edib

“Nokia” şirkəti yeni düyməli telefonlarını təqdim edib

Tarix: 14 May 2020 14:18

“Nokia” şirkəti “Nokia 125” və “Nokia 150” adlı yeni ucuz telefonlarını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, hər iki telefon “QVGA” təsvir ölçülü 2,4 düymlük ekran, polikarbonatdan hazırlanmış korpus və 1020 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.

 

“Series 30 ” platformasının idarəetməsi altında işləyən “Nokia 125” və “Nokia 150” telefonları eyni anda iki SİM kartın işini dəstəkləyir, həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, “microUSB” portu, “FM” radioqəbuledici və “Bluetooth” modulu ilə təchiz edilib.

 

“Nokia 150” aparatı daxili MP3 pleyer, VGA kamera, həmçinin tutumu 32 QB-dək olan “microSD” kartı üçün slotla təchiz edilib.

 

Yaxın vaxtlarda satışa çıxarılacaq “Nokia 125” telefonunun qiyməti 24 dollar, “Nokia 150” telefonunun qiyməti isə 29 dollar təşkil edəcək.

 

Emil Hüseynov




Etiketlər:  Nokia şirkəti yeni düyməli telefonlarını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ