Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Merih Demiral məşqlərə başladı

Merih Demiral məşqlərə başladı

Tarix: 14 May 2020 17:56

Türkiyə millisinin və "Yuventus"un müdafiəçisi Merih Demiral zədəsini sağaldıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu ilin yanvar ayında A Seriyası çərçivəsində keçirilən "Roma" ilə oyunda ağır zədə alan və əməliyyat olunan futbolçu, ötən gündən etibarən klubun bazasında fərdi məşqlərə başlayıb.

Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu özü də sosial şəbəkə hesabında məşqdən çəkilən fotosunu paylaşaraq, "Başladıq" yazıb.

Xatırladaq ki, sol dizindən əməliyyat keçirən futbolçunun təxminən 6-7 ay sonra sıraya dönəcəyi açıqlanmışdı.


Etiketlər:  Merih Demiral məşqlərə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ