Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülük imtahanlarına tibbi suallar da salınmalıdır? - VİDEO

Sürücülük imtahanlarına tibbi suallar da salınmalıdır? - VİDEO

Tarix: 14 May 2020 18:08

Hər il yüzlələ insan avtomobil qəzası nəticəsində həyatını itirir. Halbuki onların bəzilərini ilkin tibbi yardım göstərməklə ölümdən xilas etmək olar. Bunun üçün sürücülər məlumatlı olmalı ani baş vermiş qəzalar zamanı xəsrət alan şəxsə ilkin tibbi müdaxiləni etməlidir. Bəs sürücülərimiz bunu edə bilirmi?  

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sürücü: "Bəzi nəqliyyat vasitələrində tibb çantası belə yoxdur, bir çox sürücü heç ilkin tibbi yardımın nə olduğunu bilmir, anlayışı yoxdur".

Baş verən qəzalar zamanı qan axma, sümük sınıqları, nəfəs tutlması və digər hallar nəticəsində xəsarət alan şəxs şoka düşə bilər. Bunun qarşısını almaq bəzən mümkün olur. Sadəcə, düzgün müdaxilə tibbi yardım gələnə qədər qarşı tərəfi vəziyyətdən çıxara bilər.

Zaur Əlibəyov - Həkim: "Məsələn, bir qanaxma olur, onu bilmək lazımdır ki, haradan bağlamaq lazımdır. Əslində, bunlar adi, hamının bilməli olduğu bir şeylərdir, sadəcə bəziləri bundan xəbərsizdir".

Ekspert Bəxtiyar Əmirli bildirir ki, sürücülük imtahanlarında tibbi biliklərlə bağlı çox az suallar tərtib olunur. Ümumilikdə bu sahədə tədris də zəif aparılır. Nəticədə əksər sürücülər bu amilə əhəmiyyət vermir.

Bəxtiyar Əmirli - Ekspert: "Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanlarda da 10 sualdan biri də tibbdən düşmür. Düşsə, belə bir suala güzəşt edilir deyə, imtahan verən şəxslər bu suala cavab vermirlər. Ona görə də bu istiqamətdə məsuliyyət olduqca azdır".

Sürücülərin hazırlığı ilə bağlı 1974-cü ildə beynəlxalq səviyyədə standartlar qəbul olunub və "Sürücü nəyi bilməlidir" proqramı təsdiq edilib. Bura tibbi biliklərin öyrənilməsi də daxildir. Mütəxəssislər bildirir ki, ilkin tibbi yardım bilikləri məktəblərdə də geniş tədris olunmalıdır.

Zaur Əlibəyov - Həkim: "Bəzən sürücülər ilkin tibbi yardım etməyə belə çəkinirlər. Bəlkə də ona görə çəkinirlər ki, tibbi yardım qaydalarını bilmirlər. Ona görə də ilkin tibbi biliklər məktəblərdə uşaqlara öyrədilməlidir. Daha uşaq yaşlarından hər kəs bu sahədə minimum məlumatlı olmalıdır.

Ölkə ərazisində  2019-cu ildə yol-nəqliyyat hadisəsi zamanı 821 nəfər həyatını itirib, 1702 nəfər isə yaralanıb.


Etiketlər:  Sürücülük imtahanlarına tibbi suallar salınmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ