Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barzalyi ''Yuventus''dan ayrıldı

Barzalyi ''Yuventus''dan ayrıldı

Tarix: 15 May 2020 09:52

“Yuventus”un məşqçisi Andrea Barzalyi komandadan ayrılıb.

Qol.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. 38 yaşlı sabiq müdafiəçi bundan sonra ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirib.

Qeyd edək ki, karyerası ərzində “Rondinella”, “Pistoyese”, “Pyaçentsa”, “Askoli”, “Kyevo”, “Palermo” və “Volfsburq” kimi klublarda oynadıqdan sonra 2011-ci ildə “Yuventus”a transfer olunub. İtaliya millisinin sabiq üzvü karyerasını da 2019-cu ildə məhz Turin klubunda başa vurub və bu komandada məşqçiliyə başlayıb.

 


Etiketlər:  Barzalyi Yuventusdan ayrıldı


RƏYLƏR