Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 10:34
"Atletiko"nun cinah müdafiəçisi Renan Lodi növbəti dəfə koronavirus testindən keçib.
Sonxeber.net fanat.az-a xəbər verir ki, Lodinin analiz nəticəsi mənfi olub. 22 yaşlı futbolçu bu gündən məşqlərə qayıda bilər.
Lodi "Atletiko"da koronavirusa yoluxan yeganə heyət üzvü idi. Braziliyalı oyunçu xəstəliyi simptomsuz keçirib. Bu həftə ərzində verdiyi hər iki testin nəticəsi neqativ olan Lodidə antitel aşkarlanıb.
La Liqanın 20 iyunda bərpa ediləcəyi gözlənilir. 27 turdan sonra "Atletiko" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.