Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 11:00
Asiya İnkişaf Bankı bu il koronavirus pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatının itkilərinən 8,8 trilyon dollaradək çatacağını proqnozlaşdırıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu göstərici bankın əvvəlki proqnozundan iki dəfə çoxdur.
Qeyd olunur ki, bu itkilərə səbəb bir çox ölkələrdə davam edən və iqtisadi inkişafı iflic vəziyyətinə salan məhdudiyyət rejimləridir.
Yeni proqnozlara əsasən, dünya iqtisadiyyatının itkiləri ən yaxşı halda 5,8 trilyion dollara təşkil edə bilər.
Karantin rejimi və məhdudiyyətlərin növbəti altı ay ərzində də qüvvədə qalacağı təqdirdə itkilər 8,8 trilyona çatacaq.