Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA "Ask Arena"nın meydançasını dəyişir - yenə süni örtük

AFFA

Tarix: 7 Iyun 2019 16:44

AFFA “ASK Arena” stadionunun mövcud süni ot örtüyünün əvəzlənməsi ilə bağlı tender elan edib.
 
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüləcək işlərin siyahısında 7848 kvadrat metr sahədə mövcud örtüyün rulon halında çıxarılması, qum və rezinin çıxarılması, həmçinin FİFA Quality Pro sertifikatını əldə edə biləcək səviyyədə yeni süni örtüyün quraşdırılması yer alıb.

Tenderin qalib olmaq istəyən iştirakçılar müəyyən miqdarda əlavələr edilməklə mövcud “shockpad”dan, qum və rezindən istifadə olunması, FİFA Quality Pro sertifikatının alınmasına zəmanət verilməsini də üzərinə götürməlidir.
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunacaq.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 21 iyun 2019-cu il, saat 18:00-a qədər quruma göndərməlidir.
 
Qeyd edək ki, eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.

 


Etiketlər:  AFFA Ask Arenanın meydançasını dəyişir yenə süni örtük


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ