Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nokia” şirkəti yeni düyməli telefonlarını təqdim edib

“Nokia” şirkəti yeni düyməli telefonlarını təqdim edib

Tarix: 16 May 2020 08:52

"Nokia" şirkəti "Nokia 125" və "Nokia 150" adlı yeni ucuz telefonlarını təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hər iki telefon "QVGA" təsvir ölçülü 2,4 düymlük ekran, polikarbonatdan hazırlanmış korpus və 1020 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.

"Series 30 " platformasının idarəetməsi altında işləyən "Nokia 125" və "Nokia 150" telefonları eyni anda iki SİM kartın işini dəstəkləyir, həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, "microUSB" portu, "FM" radioqəbuledici və "Bluetooth" modulu ilə təchiz edilib.

"Nokia 150" aparatı daxili MP3 pleyer, VGA kamera, həmçinin tutumu 32 QB-dək olan "microSD" kartı üçün slotla təchiz edilib.

Yaxın vaxtlarda satışa çıxarılacaq "Nokia 125" telefonunun qiyməti 24 dollar, "Nokia 150" telefonunun qiyməti isə 29 dollar təşkil edəcək.


Etiketlər:  Nokia şirkəti yeni düyməli telefonlarını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ