Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 08:56
Bakı. Trend:
Kanadanın ən böyük "Air Canada" aviaşirkəti 60 faiz işçisini ixtisara salmaq niyyətindədir.
Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, şirkət bu addımı pandemiya səbəbindən qaynaqlanan krizis şəraitində vəsaitlərə qənaət etmək məqsədi ilə atıb.
Bildirilir ki, ixtisara 38 min şirkət işçisindən 19-22,8 min arası nəfər düşəcək. Bu haqda onlara elektron poçt vasitəsi ilə xəbərdarlıq göndərilib. İxtisarlar 7 iyun tarixindən başlayacaq.
Hazırda "Air Canada" şirkətinin uçuşları 95 faiz azalıb və 225 təyyarəsi işsiz dayanıb.