Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Galaxy A Quantum smartfonu təqdim olundu

Galaxy A Quantum smartfonu təqdim olundu

Tarix: 16 May 2020 09:00

"Samsung" şirkəti Cənubi Koreyanın "SK Telekom" operatoru ilə birgə dünyada təsadüfi rəqəmlər kvant generatoru ilə təchiz edilmiş ilk smartfon təqdim ediblər. Əvvəllər yalnız böyükölçülü hesablama qurğularında əlçatan olan texnologiyanın tətbiqi nəticəsində şirkətin mühəndisləri qurğunun yüksək səviyyədə qorunmasına nail ola biliblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Galaxy A Quantum" smartfonu 6,7 düymlük displey, "Exynos 980" prosessoru, 8/128 QB-lıq yaddaş, 64 mp-lik əsas kamera və 25 vattlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Öz sələfindən İsveçrənin "ID Quantique" şirkəti tərəfindən hazırlanmış "QRNG" çipi ilə fərqlənir.

Modulun özəlliyi ondadır ki, o, rəqəmləri kvant şifrləmə texnologiyası əsasında generasiya edir ki, nəticədə alternativ proqram həlləri ilə müqayisədə təhlükəsizlik açarları daha etibarlı və gözlənilməz alınır.

İstehsalçıların bəyanatına görə, məlumatların mühafizəsi üzrə yeni texnologiya mobil qurğunun təhlükəsizliyini xeyli yüksəltməyə imkan verir. Təsadüfi rəqəmlər kvant generatoru yalnız mesajların mübadiləsində deyil, həm də "Samsung Pay" ödəmə sisteminin işində, həmçinin istifadəçidən avtorizasiya prosedurunu keçməyi tələb edən bütün xidmətlərdə istifadə ediləcək.

Milli.Az


Etiketlər:  Galaxy A Quantum smartfonu təqdim olundu


RƏYLƏR