Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 12:54
"Məlumdur ki, II Dünya Müharibəsi zamanı erməni legionu olub və faşistlər tərəfindən çox fəallıq göstərib. Faşist Almaniyasının işğal etdiyi Avropa ölkələrində, eləcə də SSRİ ərazilərində işğal edilmiş ölkələrin xalqlarına, o cümlədən yəhudilərə və slavyan xalqlarına qarşı faşistlərin amansız işğal fəaliyyətində iştirak ediblər".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Nəzakət Məmmədova bildirib.
O, Ermənistanı faşizmin tərkib hissəsi adlandırıb:
"Ermənilər faşizmin tərkib hissəsi olmaqları ilə həmişə öyünüblər. Erməni legionları barədə həm Avropa ölkələrinin mənbələrində, həm ABŞ-da, həm də elə SSRİ-də - NKVD-nin özündə kifayət qədər məlumatlar var. Vaxtilə hətta II Dünya Müharibəsi dövründə də Ruminiya, ABŞ və digər ölkələrdə çıxan qəzetlərdə, kitablarda, yəhudi cəmiyyətlərində bu barədə mənbələr, faktlarla əsaslandırılmış məlumatlar var.
Ermənistanın bir dövlət olaraq siyasəti və erməniliyin ideologiyası elə faşizm üzərində qurulub. Faşizmin milləti yoxdur. Hitlerin əsas konsepsiyaları nə idi?! - başqa xalqlara məxsus torpaqları işğal etmək, alman faşizminin ali irqinin mövcudiyyəti və yaşaması. Onlar bunu "həyat məkanı" adlandırırdı. Ermənistan da eyni ilə bu gün Dağlıq Qarabağ ətrafında işğal etdiyi əraziləri "təhlüksəzilik zolağı" və yaxud da "həyat məkanı" adlandırır. Bu müqayisə zamanı da görürük ki, erməni siyasəti ilə faşizm ideologiyasında bir eynilik var. İşğal etdiyi ölkələrin əhalisinə qarşı soyqrım, amansız cinayətlər və s., başqa dövlətlərin ərazisi hesabına torpaqlarını genişləndirmək erməni ideologiyasının tərkib hissəsidir. Seçilmiş xalq xəstəliyinə tutulublar. Faşizm Almaniyası da hesab edirdi ki, onlar ali irqdirlər, ali xalqdırlar. Ermənilər də özlərini Avropa ailəsinin üzvü sayırlar, ali xalq sayırlar. Bu və digər məsələlər, digər xalqlardan üstün görünmək istəyi, ifrat millətçilik, hətta şovinizm dərəcəsindədir. Bütün bunlar hamısı ermənilərin faşistlərlə nə qədər yaxın olduğunu göstərir".
"Paşinyanın babası ilə bağlı bağlı məlumat arxivlərdən sızdırılmış ciddi bir faktdır. Bu fakt Paşinyanın faşistlərə qulluq edən nəsildən olmasının sübutudur. Bu gün demokratiyadan dəm vuran, özünü demokrat göstərməyə çalışan, Avropa dəyərlərinə, ümumbəşəri sivilizasiyaya yaxın göstərmək istəyən bir şəxs əslində bəşəriyyətə qarşı cinayətin əsasını təşkil edən, faşizmə qulluq edən bir adamın nəslindəndir. Bu hadisə Paşinyanın "demokrat lider" obrazının saxta olduğunu sübut edir, onu ifşa etməyə kömək edən faktlardan biridir. Bu da onu göstərir ki, faşizmin ayaq səslərini XXI əsrdə Cənubi Qafqazda qonşu ölkədə eşidirik. Ermənistanın faşizmə xidmət edən adama abidə qoyması "Nürnberq" prinsiplərinə, beynəlxalq konvensiyalara ziddir. Çünki 1945-ci ildən sonra Nürnberq məhkəməsində beynəlxalq ictimaiyyət bunu qətiyyətlə pisləyib və faşizmin təbliğini, faşizmə rəğbəti bütün dünya ölkələrinin qarşısında bir qadağa kimi qoyub. Ermənistan bu tələbləri pozur, faşizmi çiçəkləndirir, ona rəğbətini bildirir. Bununla da, bir daha beynəlxalq hüququ pozmuş olur",- politoloq qeyd edib.
Təhməz Təkin