Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yeni mutasiyası zəifləyir

Koronavirusun yeni mutasiyası zəifləyir

Tarix: 16 May 2020 19:57

Koronavirusun yeni bir mutasiyasını müşahidə edən bir qrup alim, bu dəyişikliklərdə virusun zəiflədiyini söyləyib. Arizona Universitetinin alimləri koronavirusa yoluxmuş yüzlərlə insanın nümunələrini araşdıraraq virusun genetik materialında dəyişiklik müşahidə edib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, alimlər, yeni mutasiyanı kəşf etdikdən sonra, zaman ötdükcə koronavirusun zəiflədiyini bildirir. Tədqiqatçıların fikrincə, bu dəyişikliklər 2003-cü ildə SARS epidemiyasında müşahidə edilənlərə bənzəyir və virusun zəiflədiyini müşahidə olunur. Tədqiqat qrupu 382 xəstənin nümunələrini araşdıraraq, onların birində virusun mutasiya edilmiş bir versiyasını tapıb. "Biz bunu, 2003-cü ildə SARS-ın yayılması zamanı, orta və gec fazalarda, virusun "SS3" zülallarında çox sayda "yeni xromosom qurulması" əldə etdikdə gördüklərimizdir". Bu zülallar yalnız çoxalma üçün deyil, onlar həm də immun sisteminin virulentliyi artırmaq və boğmaq üçün nəzərdə tutulub", - deyə tədqiqatçı qeyd edib.


Etiketlər:  Koronavirusun yeni mutasiyası zəifləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ