Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni virusun başqalarından fərqi: Tənəffüslə, gözlərlə...

Yeni virusun başqalarından fərqi: Tənəffüslə, gözlərlə...

Tarix: 16 May 2020 22:48

Yeni tip koronavirus-COVİD-19 hava-damcı yolu ilə yayılan digər virus infeksiyalarından daha çox yoluxdurucudur.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Honkonqdan olan alimlər açıqlayıb. Onlar hesab edir ki, COVİD-19 ağır kəskin tənəffüs sindromu olan SARS-dan daha çox yoluxduruculuq qabiliyyətinə malikdir. Honkonq Tibb Universiteti alimlərinin apardıqları araşdırmaya görə, koronavirus SARS-dan (ağr kəskin tənəffüs sindromu) daha sürətlə yayıla bilir. Onlar bu qənaətə Covid-19 ilə SARS, H5N1 ("quş qripi"), H1N1 ("donuz qripi") kimi yuxarı tənəffüs yolları və gözlə yoluxa bilən virusları laboratoriyada qarışdırıb, müqayisə edəndən sonra gəliblər. Nəticədə COVİD-19-un gözlər və hava-damcı yoluyla yoluxmasının daha sürətli olduğu ortaya qoyulub.

Alimlər bildirib ki, bu araşdırma yeni koronavirusun ələlxüsus gözlərlə yoluxması mövzusunda önəmli bir addımdır.

Bu alimlər daha öncə Covid-19-un paslanmayan polad, şüşə və plastik materialda bir neçə gün canlı qala bildiyini kəşf etmişdi.


Etiketlər:  Yeni virusun başqalarından fərqi Tənəffüslə gözlərlə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ