Tarix: 17 May 2020 03:26
Danimarkada futbolçuların klublarla sona çatmaq üzrə olan müqavilələrinin müddəti uzadılıb.
Qol.az xəbər verir ki, bu barədə Danimarka Futbolçular Birliyi açıqlama yayıb.
Sperliqa və 1-ci divizion klublarında bu mövsümün sonunadək nəzərdə tutulan müqavilələrin ən azı iyulun 31-nə qədər qüvvədə qalacağı bildirilib.
Qeyd edək ki, Danimarkada koronavirus pandemiyasına görə dayandırılan çempionatların mayın 28-də bərpa olunacağı açıqlanıb.