Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 20:00
Bakı. Trend:
İranın xarici işlər nazirinin müavini Abbas Araqçı İslam Respublikasında ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-nin mətbuat xidmətindən bildiriblər.
A.Araqçı Vaşinqtona Venesuelaya gedən İran tankerlərinin təqib olunması ilə bağlı xəbərdarlıq edib.
Bundan əlavə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antoniu Quterreşə məktub göndərib.