Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung Galaxy Note 20 barəsində yeni məlumatlar verilib

Samsung Galaxy Note 20 barəsində yeni məlumatlar verilib

Tarix: 17 May 2020 23:36

Yaxın bir neçə ay ərzində Galaxy Note 20 flaqman smartfon seriyasının təqdim olunacağı gözlənilir. Buna görə də onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Beləliklə Galaxy Note 20 barəsində yeni məlumatı Display Supply Chain Consultants şirkətinin CEO-su Ross Young verib. Bu barədə Wccftech saytı xəbər verib. Bir neçə gün bundan öncə Ross Young, Galaxy Note 20 və Note 20+ modellərinin ekranları barəsində məlumat vermişdi.

Bundan əlavə olaraq o bildirmişdi ki, sözügedən seriyaya yalnız 2 smartfon daxil olacaq və Galaxy S20 seriyasındakı kimi Ultra adlı model olmayacaq. Yeni əlumata əsasən isə Galaxy Note 20 smartfonları ekrana inteqrasiya edilmiş ikinci nəsil Qualcomm 3D Sonic Max adlı barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Sözügedən barmaq izi skanı texnologiyasının əvvəlki versiyasından fərqli olaraq ikinci nəsil Qualcomm 3D Sonic Max ekran səthinin 17% daha çox sahəsini əhatə edir, daha sürətli çalışır və eyni anda iki barmağı təyin edə bilir.

Bununla yanaşı insayder qeyd edib ki, Galay Note 20 seriyası 16 GB-a kimi RAM və 4000 mAh-dan 5000 mAh-a kimi batareya ilə təchiz olunacaq. Onun məlumatlarına əsasən ön kamera əvvəlki modellərdə olduğu kimi ekranın yuxarı mərkəz hissəsində yerləşdiriləcək. Galaxy Note 20 seriyasının avqust ayında təqdim olunacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Samsung Galaxy Note 20 barəsində yeni məlumatlar verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ