Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 10:24
Bakı. Trend:
Səudiyyə Ərəbistanı və Küveyt iyunun 1-dən etibarən neytral zonada yerləşən Əl-Həfci birgə neft yatağında neft hasilatını dayandıracaq.
Trend-in məlumatına görə, aprel ayında bu bölgədə neft hasilatı 260 min barel/sutka təşkil etmişdi. Birgə yataqda hasil olunan neft iki ölkə arasında bərabər səviyyədə paylanır.
Xatırladaq ki, Küveyt, Səudiyyə Ərəbistanı və digər OPEC+ ölkələri aprel ayında neft hasilatını təxminən 10 milyon barel/sutka həcmində azaltmaq barədə razılıq əldə etmişdi.
Razılıq 2022-ci ilin aprelində qüvvədə olacaq.