Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 18:24
Bakı. Trend:
Nigeriyanın şimal-şərqindəki Borno ştatında terrorçuların hücumu nəticəsində 20 dinc sakin həlak olub.
Trend-in məlumatına görə, hücumu “Boko Haram” terror təşkilatı həyata keçirib.
Hücum zamanı, həmçinin 14 nəfər yaralanıb. Qeyd olunur ki, terrorçular kəndlərin birinə hücum edərək tank əleyhinə qumbaraatanlarla atəş açıb. Kənddə çoxlu sayda evə ziyan dəyib.