Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 10:54
“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi polis tərəindən saxlanılıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu qadına təcavüzdə günahlandırılıb.
Mayın 17-də 19 yaşlı hücumçu evində bir modeli zorlayıb. Gecə saatlarında halı pisləşən qadın futbolçunun evinə polis və təcili yardım çağırıb.
Xanım xəstəxanaya, Hadson-Odoi isə polis bölməsinə aparılıb. Polisin açıqlamasında bildirilib ki, həkimlər vəziyyəti yaxşı olmayan qadının təcavüzə məruz qaldığını söyləyib. Futbolçu isə girov müqabilində sərbəst buraxılıb.
"Çelsi"dən bununla bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Kallum Hadson-Odoi mart ayında koronavirusa yoluxduğu üçün karantinə alınıb.