Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 16:34
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün ödənişlər edib.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
"Neftçi" - 15 446.42 avro
"Səbail" - 15 446.42 avro
"Qəbələ" - 15 446.42 avro
"Zirə" - 15 446.42 avro
"Sumqayıt" - 15 446.42 avro
"Sabah" - 15 446.42 avro
"Keşlə" - 15 446.42 avro
Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.