Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Futbol meydanında hələ deməyə sözüm var'' - Ronaldo

''Futbol meydanında hələ deməyə sözüm var'' - Ronaldo

Tarix: 8 Iyun 2019 17:04

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo futbolda necə uzun müddət oynamağın sirrləri haqda danışıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, 34 yaşlı oyunçu bununla bağlı deyib: "Hər şey hazırlıqdan asılıdır. 34 yaşım olmasına baxmayaraq, özümü əla hiss edirəm.  Ən əsası, sənin başındır. Özünü həvəsli və xoşbəxt hiss etməlisən. Düşünürəm ki, mənim futbol meydanında hələ deməyə sözüm var".

Qeyd edək ki, Ronaldo başa çatan mövsümdə A seriyasında 31 matçda 21 qol vurub, 11 qolun ötürməsini verib.

 


Etiketlər:  Futbol meydanında hələ deməyə sözüm Ronaldo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ