Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 20:54
"Əbu Bəkr" məscidində minarələrdən birinin uçma təhlükəsi yaranıb və insanların təhlükəsizliyi üçün o məscidin fəaliyyəti mümkün deyil".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yeni" TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, məscidlə bağlı müraciətlər əsasında araşdırma aparılır:
"Araşdırmalar yekunlaşmaq üzrədir, hələlik rəylərə baxılır. Minarənin uçma təhlükəsi nəzərə alınaraq, ayinlər və digər mərasimlər tam dayandırılıb. Bununla bağlı fikir mübadiləsi aparılır.
Koronavirus pandemiyası dövründə orada işlərin aparılması mümkün deyil. Məsciddə zamanında fəaliyyət göstərən din xadimləri və orada olan vətəndaşların bir qrupu ilə söhbətlər aparılıb".
Komitə sədri bildirib ki, məsciddə işlər əsaslı şəkildə həyata keçirilmədən hər hansı fəaliyyətin olması mümkün deyil.