Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəxəssislərdən ümidverici araşdırma: bu şəxslərin koronavirusa qarşı immuniteti ola bilər

Mütəxəssislərdən ümidverici araşdırma: bu şəxslərin koronavirusa qarşı immuniteti ola bilər

Tarix: 20 May 2020 23:57

SARS virusuna yoluxan və daha sonra sağalan şəxslərin koronavirusa (SARS-CoV-2) qarşı immun sistemi ola bilər.

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı amerikalı və isveçrəli elm adamları araşdırma aparıb.

"Nature" dərgisində yayımlanan araşdırmanın nəticəsinə görə, kəskin tənəffüs çatışmazlığı sindromuna səbəb olan SARS-CoV-2 virusunun yoluxması koronavirusun hüceyrə səthindəki reseptorlarla birləşməsinə səbəb olan S proteinini hədəf alan antikorlar ifraz etməsi üçün xəbərdarlıq göndərir. Bu antikorların bir növü olan S309 SARS-CoV-2-dəki S protein bölgələrini effektiv şəkildə neytrallaşdırır. Beləliklə, kəskin tənəffüs çatışmazlığı sindromu yaşayan insanların yeni tip koronavirusa qarşı müqavimətli ola biləcəkləri ortaya çıxır.

Araşdırmaçılar, bu növ antikorlardan hazırlanacaq qarışımların COVID-19 xəstəliyinin müalicəsində və kəskin yoluxma riski olan insanların xəstəlikdən qorunması üçün istifadə oluna biləcəyini ifadə edirlər. (publika.az)


Etiketlər:  Mütəxəssislərdən ümidverici araşdırma şəxslərin koronavirusa qarşı immuniteti bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ