Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 08:44
"Windows Central" nəşri təqdimatı ilin sonuna planlaşdırılan "Android" əməliyyat sistemli ikiekranlı "Surface Duo" smartfonunun texniki xüsusiyyətlərini açıqlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, smartfonun əsas fərqləndirici cəhəti 8,6 düym diaqonallı ümumi ekran kimi açılan iki 5,6 düymlük displey (1350x1800) olacaq. Qurğunun daxilinə ötənilki "Qualcomm Snapdragon 855" prosessoru quraşdırılacaq.
Smartfonun 6 giqabaytlıq operativ yaddaş, 64 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcəyi gözlənilir. Bundan başqa, hər iki ekran "Surface Pen" stilusu ilə işi dəstəkləyəcək.
Batareya tutumu 3460 milliamper/saat təşkil edəcək. "Surface Duo" smartfonu həm əsas, həm də ön kamera rolunda çıxış edən bir 11 meqapikselli kamera ilə təchiz olunacaq.
Qurğu kontaktsız ödənişlərin edilməsi üçün "NFC" çipi, simsiz enerjidoldurma funksiyası, eləcə də "5G" şəbəkələrinə qoşulma dəstəyindən məhrum olacaq.
"Surface Duo" smartfonunun konsepti ötən ilin oktyabrında təqdim edilib. Yeni qurğunun 2020-ci ilin payızında işıq üzü görəcəyi gözlənilir.
Qeyd edək ki, ikiekranlı bükülən modellər üzərində "Microsoft" ilə yanaşı, "Dell", "HP", "Lenovo" və "Asus" kimi tərəfdaşlar çalışır.