Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əhalinin sosial problemlərinin həlli, qayğının artırılması Prezidentin diqqətində olan məsələdir''

''Əhalinin sosial problemlərinin həlli, qayğının artırılması Prezidentin diqqətində olan məsələdir''

Tarix: 21 May 2020 10:42

Azərbaycan dövləti imkanı çatan qədər çalışır ki, vətəndaşına qayğı göstərsin. Təbii ki, 10 milyon əhalini məmnun etmək, onların ehtiyaclarını, problemlərini həll etmək asan məsələ deyil. Amma dövlət bu məsələdə çalışır ki, əlindən gələni etsin.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O, COVİD-19-la mübarizə zamanı Azərbaycan hökümətinin vətəndaşını çətin durumdan çıxartmaq üçün əlindən gələni etdiyini qeyd edib:

"Xüsusilə də dövlət başçısımız bu məsələdə öz diqqətini göstərir, bu faktdır. Daima onun çıxışlarında əhalinin sosial problemlərinin həlli, qayğının artırılması diqqət mərkəzində olan məsələdir. Biz bunu pandemiya dövründə də gördük. Mövcud vəziyyətlə əlaqədar həsas bir zamanda sosial problemlərinin aradan qaldırılması məqsədilə dövlət büdcəsindən ayrılan milyonlarla manat, virusdan ölkəmizdə ölüm hallarının qarşısının alınması məqsədi ilə atılan təxirə salınmaz addımlar Prezidentin vətəndaşına olan diqqətinin göstəricisidir. Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunu cənab Prezident hər çıxışında qeyd edir. Bir dövlətin gücü onun vətəndaşının rifah halının yaxşı olması ilə ölçülür. Yəni, vətəndaş yaxşı yaşayırsa, vətəndaşın maddi vəziyyəti, sosial durumu yaxşıdırsa, bu, dövlətin gücü deməkdir. Güclü vətəndaş güclü cəmiyyətdir, güclü cəmiyyət də güclü dövlətdir. Bu baxımdan da Azərbaycan vətəndaşlarının vəziyyətinin yaxşılaşdırılması, dövlətin sərvətlərini vətəndaşlar arasında bölünməsi vacib məsələdir. Bu gün Azərbaycan Prezidenti bu məsələnin ədalət prinsipləri nəticəsində həyata keçirilməsi üçün çalışır".

Politoloq büdcədən sosial xərclər üçün ayrılan vəsaitin üstünlük təşkil etməsini Prezidentin vətəndaşına qayğısı adlandırıb:

"Dövlət büdcəsində sosial xərclər üstünlük təşkil edir. Azərbaycanın büdcəsindən bilirik ki, əsas vəsait hərbiyə xərclənir. Çünki bizim Qarabağ problemimiz var. Müharibə şəraitində yaşayan bir ölkəyik. Ona görə də ordumuzun güclü olması əsas şərtdir. Vətəndaşın sosial probleminin həlli üçün də büdcədən ayrılan xərclər də əsas yeri tutur. Dövlət başçısı həmişə çıxışlarında vətəndaşa qayğını xüsusilə vurğulayır. Biz buna sübut kimi minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycanın MDB məkanında lider dövlət olması faktını göstərə bilərik". 

Təhməz Təkin


Etiketlər:  Əhalinin sosial problemlərinin həlli qayğının artırılması Prezidentin diqqətində olan məsələdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ