Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 11:32
Bakı. Trend:
ABŞ-ın Arizona ştatında ticarət mərkəzində atışma baş verib.
Trend-in məlumatına görə, Qlendeyl şəhərində baş vermiş hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir. Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi saxlayıb.
Hazırda hadisənin motivləri ilə bağlı araşdırma aparılır.